Accessibility links

ABŞ-ın xüsusi nümayəndəsi Corc Mitçel İsraildədir


ABŞ-ın xüsusi nümayəndəsi Corc Mitçel İsraildədir

ABŞ-ın xüsusi nümayəndəsi Corc Mitçel İsraildədir

Corc Mitçel bu gün İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb

Birləşmiş Ştatların Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel bu gün İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Görüş Birləşmiş Ştatların İsrailin təhlükəsziliyə dair qarantiyalar müqabilində İordan çayının qərb sahilində tikinti işlərini 60 gün müddətinə dayandırmasına dair təklifini müzakirə etmək məqsədilə keçirilib. Birləşmiş Ştatlar və İsrail mediası İsrail-Fələstin sülh danışıqları ilə yaxından tanış olan mənbələrə istinadən bildirib ki, Amerika rəsmiləri artıq bu təklifi baş nazir və müdafiə naziri Ehud Barak daxil edilməklə, İsrail liderlərinə təqdim ediblər.

Danışıqlardan sonra açıqlanan bəyanatda cənab Netanyahu fələstinlilərlə sülhün əldə edilməsi məsələsinə sadiq qaldığını bildirib. Bununla belə, fələstinlilərin prezidenti Mahmud Abbasın danışıqları tərk etmək təhlükəsinin qarşısını almaq üçün atılacaq addımların detalları verilməyib.

Cənab Mitçelin İsrailə səfəri İordan çayının qərb sahilində yaşayış məntəqələrinin inşası başlanan vaxta təsadüf edir.

XS
SM
MD
LG