Accessibility links

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi müzakirələri davam etdirir


ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi müzakirələri davam etdirir
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi müzakirələri davam etdirir

Cənab Mitçellə cənab Netanyahunun dünən Qüdsdə keçirdikləri danışıqların məhsuldar olduğu deyilir

Birləşmiş Ştatların Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçell İsraillə Fələstin arasında sülh danışıqlarının bərpası məqsədi ilə bölgəyə səfərinin ikinci günü İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Dövlət Departamentinin sözçüsü Filip Kroulinin bildirdiyinə görə, cənab Mitçellə cənab Netanyahunun dünən Qüdsdə keçirdikləri danışıqların məhsuldar olduğunu deyib. Sabah isə fələstinlilərin prezidenti Mahmud Abbasla görüşmək üçün İordan çayının Qərb sahilindəki Ramallah şəhərinə yola düşməzdən əvvəl cənab Mitçelin İsrail prezidenti Şimon Pereslə görüşəcəyi deyilir. Dünən Ammanda İordaniya kralı Abdulla ilə görüşündən sonra fələstinlilərin prezidenti Mahmud Abbas danışıqlarda irəliləyiş əldə edilməsi üçün 4 ay vaxt verəcəyini deyib.

XS
SM
MD
LG