Accessibility links

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel regiona səfər edir


Corc Mitçel İsraillə Fələstin arasında sülh danışıqlarını müzakirə etmək üçün ikinci raund danışıqlar keçirib

Birləşmiş Ştatların Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel bu gün Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə onun ofisində İsraillə Fələstin arasında sülh danışıqlarını müzakirə etmək üçün ikinci raund danışıqlar keçirmişdir. Görüş haqda detallar açıqlanmasa da, İsrail mediası baş nazirin fələstinli məhbusların azad edilməsi və İordan çayının Qərb Sahilindəki bəzi yoxlanış məntəqələrinin ləğv edilməsi kimi məsələlər də daxil edilməklə xoşməramlı paket hazırladığını bildirir.

Dünən cənab Mitçel Fələstin İdarəsinin prezidenti Mahmud Abbasla Ramallahda görüşmüşdü. Fələsinlilərin sözçüsü Saib Erekat danışıqlar zamanı diqqətin əsasən gələcək Fələstin dövlətinin sərhədləri məsələsinə yönəldiyini deyib.

XS
SM
MD
LG