Accessibility links

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi fələstinlilərin prezuidenti ilə görüşüb


ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi fələstinlilərin prezuidenti ilə görüşüb
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi fələstinlilərin prezuidenti ilə görüşüb

Corc Mitçelin Mahmud Abbasla görüşü İsrailin baş naziri Benyamin Netanyahun ilə müzakirələrindən sonraya təsadüf edir

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçell bu gün Fələstin prezidenti Mahmud Abbasla İsrailin İordan Çayının Qərb sahilində inşşatın dayandırılması məsələsi ilə bağlı heç bir razılıq əldə etmədən görüşünü başa çatdırıb. İordan Çayının qərb sahilində keçirilən görüş Corc Mitçelin İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən bir gün sonraya təsadüf edir. Mahmud Abbasla görüşündən sonra cənab Mitçell deyib ki, İsraillə Fələstin arasında danışıqlar zamanı hər iki tərəf ortaq məxrəcə gəlmək üçün bütün səylərindən istifadə edirlər. Fələstinlilərin sözçüsü Saib Erekat cənab Mitçelin bu gün eləcə də İsrail liderləri ilə, sabah isə prezident Mahmud Abbasla ikinci dəfə görüşəcəyini bildirib. İsrailin xəbər agentlikləri ABŞ prezidenti Barak Obamanın İsrailə inşaat işlərini iki ay dayandırmasını təklif etdiyini bildirirlər.

XS
SM
MD
LG