Accessibility links

ABŞ Yəməndə militantlara qarşı hücumlarını gücləndirib


ABŞ Yəməndə militantlara qarşı hücumlarını gücləndirib
ABŞ Yəməndə militantlara qarşı hücumlarını gücləndirib

ABŞ qəzetlərinin dərc etdiyi məlumatlarda deyilir ki, Birləşmiş Ştatlar son həftələrdə pilotsuz və qırıcı təyyarələrin hücumlarını intensivləşdirərək, zəifləmiş Səna hökumətinə qarşı vuruşan militantları hədəf alıb. ABŞ rəsmilərinə istinadən Nyu York Times qəzetinin yazdığına görə, hava hücumlarına bir ildir fasilə verən Birləşmiş Ştatlar Əl-Qaidə ilə əlaqəsi olan yaraqlılara qarşı hücumlarını davam etdirməyi qərara alıb. Hücumların ABŞ Müdafiə Nazirliyi və Mərkəzi Kəşfiyyat Agentliyi ilə birgə həyata keçirildiyi deyilir. Məlumatda keçən həftənin cümə günü ABŞ qırıcı təyyarəsinin hücumu nəticəsində Əl-Qaidə ilə əlaqəsi olan Əbu Əli Əl-Həritinin və Yəmənin cənubunda aksiyalar təşkil edilməsində sübhəli bilinən bir neçə yaraqlı öldürüldüyü bildirilir. Bu hadisədən bir neçə gün əvvəl ABŞ-ın pilotsuz təyyarəsinin raket hücumu hələ bir il bundan əvvəl öldürülməsinə göstəriş verilən, Amerikada doğulmuş islamçı Ənvər Əl-Əvlakini hədəf almışdı. Lakin o, hücumdan sağ qurtulub.

XS
SM
MD
LG