Accessibility links

ABŞ Nəqliyyat Komandanlığının rəhbəri Azərbaycana gəlir


ABŞ Nəqliyyat Komandanlığının rəhbəri Azərbaycana gəlir
ABŞ Nəqliyyat Komandanlığının rəhbəri Azərbaycana gəlir

Səfirin fikrincə, Amerika Azərbaycanın Xəzər dənizindəki enerji infrastrukturunu qorunmasına dəstək vermək üzrə Azərbaycan hökuməti ilə çox məhsuldar əməkdaşlıq qura bilib.

Gələn həftə ABŞ Nəqliyyat Komandanlığının rəhbəri, general Uilyam Freyzer (William Fraser, U.S. Transportation Commander) Azərbaycana səfər edəcək. Bu barədə Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza Amerikanın Səsi radiosunun sualının cavabında bildirib.

General Freyzer dünyanın istənilən regionuna əsgər, silah, qida, yanacaq və digər vasitələrin daşınmasına rəhbərlik edir.

Səfir deyib ki, . “Biz Azərbaycan üzərindən keçməklə Əfqanıstana daşınan qeyri-hərbi yüklərin daşınmasında göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığımızı bildiririk”.

Cənab Brayza həmçinin bildirib ki, Amerika Azərbaycanın bu tərəfdaşlığın davam etdirilməsində maraqlı olduğun hiss edir. “Bu kimi fəaliyyətlər vasitəsi ilə Azərbaycan bölgədə bir regional nəqliyyat qovşağına çevrilir. Bu isə öz növbəsində biznes maraqlarını cəlb edir”, - deyə o qeyd edib.

O Amerikanın Səsinin sualının cavabında deyib ki, Amerika Azərbaycanın Xəzər dənizindəki enerji infrastrukturunu qorunmasına dəstək vermək üzrə Azərbaycanla hökuməti ilə çox məhsuldar əməkdaşlıq qura bilib. “Əslində, Azərbaycan özünü qorumaq üçün lazım olan bacarıqlara malikdir. Bu sahədə Azərbaycanın hansısa əlavə bacarıqları öyrənməyə ehtiyacı yoxdur. Amma, proqnozlaşdırılması mümkün olmayan, gözlənilməz müəyyən məsələlər var. Bu məsələdə bizim ölkəmizdə dərin sulu neft yatağında neftin sızması, həmçinin Meksika körfəzində baş vermiş təbii fəlakətlə bağlı müəyyən təcrübəsi var. Bu sahələr üzrə kömək göstəririk”, - deyə səfir bildirib.

XS
SM
MD
LG