Accessibility links

ABŞ nümayəndəsi İsrailə səfər edib


Corc Mitçel İsrail və Fələstinlilərin liderlərini sülh danışıqlarına qaytarmağa çalışacaq

ABŞ-ın Yaxın Şərq üzrə elçisi Corc Mitçel İsrail və Fələstinlilərin liderlərini danışıqlara qaytarmaq üçün bu gün İsrailə səfər edib. Qeyd edək ki, İsrailin İordan çayının qərb sahilində inşa işlərini bərpa etməsi fələstinlilərin prezidenti Mahmud Abbası danışıqları dayandırması təhlükəsi qarşısında qoyub. Cənab Abbasın sözlərinə görə, o, danışıqları gələcəyi barədə qərarını yüksək vəzifəli ərəb rəsmilərlə məsləhətləşmələrdən sonra gələn həftə açıqlayacaq. Bununla yanaşı, o deyib ki, tikinti davam etdiriləcəyi təqdirdə fələstinlilər danışıqlara son qoymaq məcburiyyəti qarşısında qalacaq. O bu açıqlamaları Parisdə Fransa prezidenti Nikola Sarkozi ilə görüşdən sonra verib.

XS
SM
MD
LG