Accessibility links

ABŞ Nyu Yorkda həyata keçiriəcək bomba hücumu ilə bağlı Pakistanla müzakirələrə başlayıb


ABŞ Pakistan Feysəl Şahzadın Pakistanda olarkən nə işlə məşğul olduğunu və kimlərlə görüşdüyünü müəyyən etmək istəyir

Birləşmiş Ştatlar rəsmilərinin NyuYork şəhərində bomba hücumu həyata keçirməyə cəhd göstərən Pakistan mənşəli şəxslə bağlı məlumatlar almaq məqsədi ilə İslamabadla danışıqlara başladıqları bildirilir. Dövlət Departamentinin sözçüsü P.J. Kroulinin dediyinə görə, Birləşmiş Ştatların Pakistandakı səfiri Ənn Patterson Pakistanın baş naziri Yusuf Raza Gilanı ilə görüşüb. Cənab Krouli ABŞ rəsmilərinin Pakistan mənşəli Amerika vətəndaşı Feysəl Şahzadın Pakistanda olarkən nə işlə məşğul olduğunu və kimlərlə görüşdüyünü müəyyən etmək istədiklərini deyib. Dünən Pakistandakı Taliban bomba hücumu həyata keçirməyə cəhd göstərən Şahzadla əlaqəsi olmadığını bildirib. Bundan əvvəl bu qrup Tayms meydanında baş verən bomba hücumu cəhdi üçün məsuliyyəti öz üzərinə götürmüşdü.

XS
SM
MD
LG