Accessibility links

Pakistan ordu generalı hərbi çevriliş barədə məlumatları rədd edib


Pakistan ordu generalı hərbi çevriliş barədə məlumatları rədd edib
Pakistan ordu generalı hərbi çevriliş barədə məlumatları rədd edib

Pakistanın ordu rəhbəri mülki hakimiyyətə qarşı çevriliş barədə məlumatları rədd edib.

General Aşaq Pərviz Kayani deyib ki, ordunun hakimiyyətə gəlməsi barədə şayiələr yanlışdır və bu məlumatlar diqqətin əsas məsələlərdən yayınmasına xidmət edir. Kayaninin sözlərinə görə, ordu ölkədə demokratik prosesləri dəstəkləməyə davam edir.

Dünən isə Pakistan baş naziri Yusif Rza Gilani bildirmişdi ki, şayiə yayanlar onun hökumətini şübhə altına almağa çalışır. Hökumət hərbi çevrilişin qarşısını almaqda kömək üçün ABŞ-a gizli müraciətə görə, sərt tənqidlərlə üzləşir.

Pakistan Ali Məhkəməsi hələlik belə müraciətin olmamasını araşdırmaq barədə qərar verməyib.

XS
SM
MD
LG