Accessibility links

ABŞ ordusu Somalidə həyata keçirilən hücumda əli olmadığını deyib


ABŞ ordusu Somalidə həyata keçirilən hücumda əli olmadığını deyib
ABŞ ordusu Somalidə həyata keçirilən hücumda əli olmadığını deyib

Assosiated Press və New York Times Birləşmiş Ştatlar ordusunun həmin bölgədə fəaliyyət göstərmədiyini bildirib

Birləşmiş Ştatlar hərbi qüvvələri bazar günü Somalinin cənubundakı şəhərdə həyata keçirilən vertolyot hücumunda əli olmadığını bildirib. Moqadişunun cənubundakı Merka şəhərindən olan şahidlər vertolyotun yaraqlı Əl-Şabab qrupunun komandirlərinin yığıncaq keçirdikləri binanı atəşə tutduğunu deyiblər. Onların dediyinə görə, vertolyot İslamçı qüvvələrin onu atəşə tutmasından sonra uzaqlaşıb. Xəsarət alanlar barədə məlumat verilməyib.

Assosiated Press və New York Times hərbi rəsmilərə istinadən bildirmişlər ki, Birləşmiş Ştatlar ordusu həmin bölgədə fəaliyyət göstərmir və hücumla heç bir əlaqəsi yoxdur.

XS
SM
MD
LG