Accessibility links

ABŞ ordusunda 'nə soruş, nə cavab ver' siyasəti ləğv edildi


ABŞ ordusunda 'nə soruş, nə cavab ver' siyasəti ləğv edildi
ABŞ ordusunda 'nə soruş, nə cavab ver' siyasəti ləğv edildi

ABŞ prezidenti Barak Obama homoseksualların açıq hərbi xidmət göstərmələrinə yol açan qanun layihəsinə imza atıb. Bu gün Vaşinqtonda təşkil edilən imzalama mərasimində prezident deyib ki, “nə soruş, nə cavab ver” siyasətinin ləğvi milli təhlükəsizliyin möhkəmləndirilməsi, hərbçi qadın və kişilərin həyatlarını müdafiə etmək riskinin aradan qaldırılmasına xidmət edir. Barak Obama amerikalıların illərlə millətin müdafiəsi yolunda gərgin mübarizə apardığını bildirib. “Nə soruş, nə cavab ver” siyasəti hərbi qulluqçuların seksual oriyentasiyalarını gizli saxlamağa və ya qulluqdan uzaqlaşmağa məcbur edirdi. Sənəd Konqres tərəfindən keçən həftə təsdiq edilib.

XS
SM
MD
LG