Accessibility links

ABŞ-a məxsus pilotsuz təyyarə Pakistanda militantları vurub

  • Amerikanın səsi

ABŞ-a məxsus pilotsuz təyyarə Pakistanda militantları vurub

ABŞ-a məxsus pilotsuz təyyarə Pakistanda militantları vurub

Pakistan rəsmiləri ABŞ-a məxsus pilotsuz təyyarə hücumunun ölkənin şimal-şərqində, Əfqanıstan sərhədi yaxınlığında militant olmaqda şübhəli bilinən dörd nəfəri öldürdüyünü deyib. Bu, son iki ay ərzində ilk hücumdur. Raket dünən axşam Miran Şah şəhəri yaxınlığında binaya dəyib. Sakinlər binanın yandığını gördüklərini deyiblər. ABŞ rəsmiləri hücumu təsdiqləyiblər. Pilotsuz təyyarə hücumu Əfqanıstan sərhədində NATO vertolyotlarının səhvən 24 Pakistan əsgərini öldürməsindən sonra ilk dəfədir ki, baş verib. Bu hücum ABŞ-la Pakistan arasında artıq gərginləşmiş münasibətlərin bir az da gərginləşməsinə və Pakistanın NATO qoşunlarının Əfqanıstana təchizat daşımasının qarşısını almasına gətirib çıxardı.

XS
SM
MD
LG