Accessibility links

ABŞ prezident seçki kampaniyasında respublikaçı namizədlər debatlarda qarşılaşır

  • Amerikanın səsi

ABŞ prezident seçki kampaniyasında respublikaçı namizədlər debatlarda qarşılaşır

ABŞ prezident seçki kampaniyasında respublikaçı namizədlər debatlarda qarşılaşır

ABŞ prezident seçkilərində namizədliklərini irəli sürmüş altı respublikaçı həftə sonu iki debatda iştirak edəcək.

Debatlar gələn həftənin çərşənbə axşamı günü Nyu Hempşir ştatında ilkin seçkidən öncə keçirilir. Altı respublikaçı namizədin ilk debatı bu gün axşam, ikincisi isə bazar günü olacaq.

Ayova ştatında kokusdan sonra bu, onların ilk debatıdır. Ayovada ilkin seçkinin qalibi olan Massaçusets ştatının keçmiş qubernatoru Mit Romni ABŞ prezidenti Barak Obamanı iqtisadiyyat, səhiyyə xidmətləri və milli təhlükəsizlik sahələrində siyasətini tənqid edib. Son rəy sorğuları Mit Romninin Nyu Nempşirdə irəlidə getdiyini göstərir.

Debatlar namizədlərin Nyu Hempçşirdə seçicilərin səsləri qazanmasına və ölkə səviyyəsində auditoriyaya müraciət etməsinə imkan yaradır. Nyu Hempşirdə ilkin seçkinin nəticələrindən asılı olaraq bir, ya da iki namizəd seçki marafonundan çıxmalı olacaq.

XS
SM
MD
LG