Accessibility links

ABŞ prezidenti həftəlik radio müraciətini təhsilə həsr edib

  • Amerikanın səsi

ABŞ prezidenti həftəlik radio müraciətini təhsilə həsr edib

ABŞ prezidenti həftəlik radio müraciətini təhsilə həsr edib

ABŞ prezidenti Barak Obama Amerikada uşaqlara yaxşı təhsil imkanı yaradılmasına iqtisadi ehtiyac olduğunu deyib

ABŞ prezidenti Barak Obama Amerikada uşaqlara yaxşı təhsil imkanı yaradılmasına iqtisadi ehtiyac olduğunu deyib. Həftəlik radio müraciəti zamanı dövlət başçısı bildirib ki, Amerika ictimaiyyətinə hec nə 21-ci əsrdə uşaqları dünya səviyyəli təhsildən məhrum etmək qədər ziyanlı ola bilməz. Prezident administrasiyasının 2020-ci ilədək kolleclərdə təhsil alanların sayını dünyanın heç bir yerində olmayan qədər artırılmasını qarşıya məqsəd qoyduğunu bildirib. Barak Obama yeni ictimai-özəl tərəfdaşlıq proqramını açıqlayıb. Bu proqram ictimai kollec məzunlarının iş yerləri ilə təmin edən bizneslərlə uzlaşdırılmasını nəzərdə tutur. Respublikaçılar isə həfətlik radio müraciətləri zamanı prezidentin yeni iş yerləri, iqtisadi və səhiyyə xidmətlərinə dair vədlərinin yararsız olduğunu deyib.

XS
SM
MD
LG