Accessibility links

ABŞ prezidenti avro məkanında valyuta böhranından narahatdır


G20

G20

ABŞ prezidenti Barak Obama Meksikada Böyük İyirmilik sammitinin sonuncu gününü həmkarları ilə avro məkanında borc böhranına dair müzakirələrlə başa vurur. Dünyanın ən böyük iqtisadiyyatlarının liderləri dünən ilkin bəyanatla çıxış edərək iqtisadi inkişafa təkan vermək üçün lazımi tədbirlərə hazır olduqlarını deyiblər.

Cənab Obama zirvə görüşünün birinci günündə Almaniya kansleri Angela Merkellə danışıqlar aparıb. O, Avropa ölkələrini valyuta böhranının qarşısını almaq üçün daha cəsarətli addımlar atmağa çağırıb.

Prezident Obama ABŞ-da artmaqda olan işsizlik faizinə görə avro məkanındakı borc böhranını qınayır. Prezident böhranın onun noyabr ayında keçiriləcək prezident seçkilərində qələbə çalmasına mənfi təsir göstərəcəyindən narahatdır.

XS
SM
MD
LG