Accessibility links

ABŞ prezidenti Avropa səfərinə başlayır


ABŞ prezidenti Avropa səfərinə başlayır
ABŞ prezidenti Avropa səfərinə başlayır

ABŞ prezidenti Barak Obama bazar ertəsi 6 günlük Avropa səfərinə başlayır. 4 ölkəni əhatə edəcək səfər çərçivəsində prezident qlobal iqtisadiyyat, regional təhlükəsizlik və Avropa ölkələri ilə əlaqələri müzakirə edəcək. Səfərinə İrlandiyadan başlayan dövlət başçısı ulu babalarının yaşadığı kiçik bir kəndi ziyarət edəcək. Qeyd edək ki, 37 milyon amerikalının əsli irlandiyadandır. Barak Obama kraliça Yelizaveta və baş nazir Deyvid Kameronla görüşəcəyi Britaniyada iki gün qaldıqdan sonra Fransaya səfər edəcək. ABŞ prezidenti orada Böyük Səkkizlərin illik yığıncağına qatılacaq. Ağ Evin bildirdiyinə görə, cənab Obama Rusiya prezidenti Dmitri Medvedev, Fransanın dövlət başçısı Nikola Sarkozi və Yaponiyanın baş naziri Naoto Kanla təkbətək görüşlər keçirəcək. Obamanın Medvedevlə görüşü tərəflərin münasibətlərinə yeni başlanğıc verdiyi vaxta təsadüf edir. Rusiyanın ABŞ-ın Avropa və Türkiyədə raketlərdən müdafiə sistemi yerləşdirməsi planı narahat edir. Səfərinin son dayanacağı Polşada ABŞ dövlət başçısı F-16 döyüş təyyarələrinin Polaşada yerləşdirilməsinə dair saziş imzalayacaq.

XS
SM
MD
LG