Accessibility links

ABŞ prezidenti Barak Obama Londondadır

  • Amerikanın səsi

ABŞ prezidenti Barak Obama Londondadır

ABŞ prezidenti Barak Obama Londondadır

ABŞ prezidenti Barak Obama Londondadır. O, Londona planlaşdırıldığından daha əvvəl gedib. Buna səbəb isə İslandiyada püskürən vulkanın külünün yayılması olub. İrlandiyada cənab Obama prezident Mari Makalis və baş nazir Enda Kenni ilə görüşüb. 4 ölkəni əhatə edən səfər çərçivəsində prezident qlobal iqtisadiyyat, regional təhlükəsizlik və Avropa ölkələri ilə əlaqələri müzakirə edir.

Barak Obama Britaniyada kraliça Yelizaveta və baş nazir Deyvid Kameronla görüşüb.Bukinqem sarayının bağında prezidentin şərəfinə ABŞ himni səslənib, 41 dəfə salyut atılıb. ABŞ prezidenti Böyük Britaniyada iki gün qaldıqdan sonra Fransaya səfər edəcək. Orada cənab Obama Böyük Səkkizlərin illik yığıncağına qatılacaq.

Ağ Evin bildirdiyinə görə, cənab Obama Rusiya prezidenti Dmitri Medvedev, Fransanın dövlət başçısı Nikola Sarkozi və Yaponiyanın baş naziri Naoto Kanla təkbətək görüşlər keçirəcək. Obamanın Medvedevlə görüşü tərəflərin münasibətlərinə yeni başlanğıc verdiyi vaxta təsadüf edir. Rusiyanın ABŞ-ın Avropa və Türkiyədə raketlərdən müdafiə sistemi yerləşdirməsi planı narahat edir.

Səfərinin son dayanacağı Polşada ABŞ dövlət başçısı F-16 döyüş təyyarələrinin Polaşada yerləşdirilməsinə dair saziş imzalayacaq.

XS
SM
MD
LG