Accessibility links

ABŞ prezidenti Bəhreyn hökumətinin son addımını alqışlayıb


ABŞ prezidenti Bəhreyn hökumətinin son addımını alqışlayıb

ABŞ prezidenti Bəhreyn hökumətinin son addımını alqışlayıb

Cənab Obama ABŞ-ın tərəfdaşını öz xalqı ilə lazımı, qaçılmaz və məsuliyyətli dialoqa səsləyib

ABŞ prezidenti Barak Obama Bəhreyn kralının kabinetdə dəyişikliklər etmək qərarını alqışlayıb və hökuməti insan haqlarına hörmət etməyə çağırıb.

Cənab Obama dünən ABŞ-ın tərəfdaşı olan Bəhreyn hökumətini öz xalqı ilə lazımı, qaçılmaz və məsuliyyətli dialoqa səsləyib. Onun sözlərinə görə, ölkənin stabilliyini ölkə əhalisinin universal haqlarına hörmət göstərmək və bütün bəhreynliləri razı salacaq islahatların başlanması müəyyən edəcək. İki həftə davam edən hökumət əleyhinə nümayişlərdən sonra Kral Həməd bin İssa əl-Xəlifə kabinetin 4 üzvünü istefaya göndərib. Onlar arasında kral ailəsinin iki üzvü də olub.

XS
SM
MD
LG