Accessibility links

ABŞ prezidenti kiber-hücumlardan müdafiə haqda qanun layihəsinə ziddir


ABŞ-ın Nümayəndələr Palatası ölkənin kompyuter şəbəkələrini kiber hücumlardan qorumaq məqsədi daşıyan qanun layihəsini qəbul etsə də, prezident Barak Obama administrasiyası şəxsi həyata müdaxilə narahatlıqları səbəbilə qanuna qarşı çıxıb.

Kiber Kəşfiyyat Məlumatlarının Paylaşması və Mühafizəsi aktı dünən 248-168 nisbətlə qəbul edilib. Qanun özəl şirkətlərə şəbəkələrində potensial hədələr və ya hücumlarla bağlı məlumatları könüllü şəkildə ABŞ-ın dövlət kəşfiyyat agentlikləri ilə bölüşmək hüquq verir.

Qanun layihəsini dəstəkləyən Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Rocers deyib ki, sözügedən qanun layihəsi dövlətin intelektual mülkiyyətini və infrastrukturunu Çin və Rusiya kimi ölkələrdən, eləcə də cinayətkarlar və terrorçulardan qoruyacaq.

Ancaq prezident Barak Obama layihənin Amerika vətəndaşlarının şəxsi məlumatlarını adekvat şəkildə qorumadığını deyərək qanuna veto qoya biləcəyini izhar edib. Oxşar etirazı vətəndaş azadlıqları təşkilatları da səsləndirib.

Nümayəndələr Palatasının spikeri Co Boyner prezidentin mövqeyini tənqid edərək deyib ki, cənab Obama hökumətin ölkədəki internetə tam nəzarət etməsini istəyir.

XS
SM
MD
LG