Accessibility links

ABŞ prezidenti Konqres liderləri ilə razılıq əldə edib

  • Amerikanın səsi

ABŞ prezidenti Konqres liderləri ilə razılıq əldə edib

ABŞ prezidenti Konqres liderləri ilə razılıq əldə edib

ABŞ prezidenti Konqres liderləri ilə borc tavanının qaldırılması və hökumətin presidentsiz defoltuna yol verilməməsi məqsədi ilə kompromis razılıq əldə edib. Ağ Evdə keçirilən mətbuat konfransında Barak Obama deyib ki, razılıq gələn 10 il üçün 1 trillion dollarlıq məsrəflərin ixtisarını və əlavə ixtisarlar üçün ikipartiyalı komissiyanın təşkilini nəzərdə tutur. ABŞ dövlət başçısı deyib ki, komissiya vergilərin artırılması da daxil edilməklə, bütün variantları nəzərdən keçirməlidir.

Razılıq Konqres tərəfindən təsdiq edilməlidir. Demokratların nəzarəti altında olan Senatda sənədin təsdiq ediləcəyinə şübhə yoxdur. Lakin Nümayəndələr Palatasında razılığın əleyhinə olanlar az deyil.

XS
SM
MD
LG