Accessibility links

ABŞ prezidenti Meksika və Kanada prezidentləri ilə görüşüb

  • Amerikanın səsi

ABŞ prezidenti Barak Obama deyib ki, Meksikada narkotik maddələrlə əlaqədar zorakılıqlar ABŞ-Meksika münasibətlərinə mənfi təsir göstərə bilər. Cənab Obama dünən Ağ Evdə keçirilən zirvə görüşündən sonra Meksika prezidenti Filipe Kalderon və Kanadanın baş naziri Stefen Harperlə danışıqlar aparıb. Danışıqlarda Meksikanın Amerika ilə sərhəddi yaxınlığında Meksika hökumətinin əraziyə nəzarət məqsədilə bir-biri ilə vuruşan narkotik maddə alverçilərilə mübarizəsi əsas mövzu olub.

Cənab Obama ABŞ-ın narkotik maddələrə təlabatın azaldılması, bundan əlavə silah və nəğd pulun Meksikaya keçməsinin qarşısını almaq sahəsində məsuliyyət daşıdığını bildirib. Prezident Kalderon bildirib ki, silah alverinin qarşısı alınmadan Meksika zorakılığın qarşısını ala bilməyəcək. Üç Şimali Amerika ölkəsinin lideri eyni zamanda iqtisadiyyat və ticarət barədə danışıqlar aparıb. Onlar bu üç ölkə arasında ticarəti çətinləşdirən nominal aktların ləqvinə çağırıb.

XS
SM
MD
LG