Accessibility links

ABŞ prezidenti İordaniya kralı ilə görüşüb (Yenilənib)


ABŞ prezidenti İordaniya kralı ilə görüşüb (Yenilənib)

ABŞ prezidenti İordaniya kralı ilə görüşüb (Yenilənib)

Bu gün Ağ Evdə İordaniya kralı Abdulla ilə görüşən ABŞ prezidenti Barak Obama ərəb dünyasındakı vəziyyəti və İsrail-Fələstin sülh prosesini müzakirə edib. Görüşdən sonrakı çıxışı zamanı prezident Obama deyib ki, Yaxın Şərqdə baş verən dəyişikliklər İsrail-Fələstin sülh danışıqlarının bərpa eilməsinin zəruriliyini göstərir. Cənab Obama hər iki tərəfin, həm israillilərin, həm də fələstinlilərin münaqişənin həlli yolunda bir araya gəlməli olduqlarını deyib. Kral Abdulla Birləşmiş Ştatların vasitəçiliyiy ilə Yaxın Şərq sülh danışıqlarında aparıcı rol oynayır.

Vaşinqtonda keçirilən görüş zamanı iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq barədə də müzakirlər aparılıb. Kralın Vaşinqton səfəri prezident Obamanın İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən üç gün əvvələ təsadüf edir.

XS
SM
MD
LG