Accessibility links

ABŞ prezidenti Barak Obama 50 kiloqramlıq zənginləşdirilmiş uranın məhvi üçün Rusiyaya göndərməsinə görə Ukraynanı alqışlayıb. Prezidentin bu gün açıqlanan bəyanatında bildirilir ki, bu addım onun administrasiyasını qlobal təhlükəsizlik və dünyanın nüvə təhlükəsindən uzaqlaşdırılmasına daha da yaxınlaşdırır. Barak Obama deyib ki,bu kimi əməllərin nüvə silahlarının terrorçuların əlinə keçməməsinə yardım edir. Ukrayna prezidenti Viktor Yanukoviç zənginləşdirilmiş uranın məhvinə ABŞ-la aprel ayında əldə edilən razılığa əsasən yol verib.

XS
SM
MD
LG