Accessibility links

ABŞ prezidentinin Koreya demilitarizasiya zonasına səfəri gözlənilir


Cənubi Koreya mətbuatı ABŞ prezidenti Barak Obamanın bu ayın sonunda Seula səfəri əsnasında Şimali və Cənubi Koreyaları ayıran hərbsizləşdirilmiş bölgəyə səfər edəcəyini nəzərdən keçirdiyini bildirib. Chosun Ilbo qəzeti yazır ki, bölgəyə səfər barədə detallar Cənubi Koreyanın xarici işlər naziri Kim Sunq-Hvanın Vaşınqtona səfəri zamanı müzakirə edilib. Cənubi Koreyanın Yonhap xəbər agentliyi səfərin martın 27-sinə nəzərdə tutulduğunu bildirib. Birləşmiş Ştatlar səfəri rəsmən təsdiqləməyib. Birləşmiş Ştatların BMT-nin bölgə yaxınlığında yerləşdirdiyi Bonifas düşərgəsində qoşunları var. Bonifas düşərgəsi iki ölkə arasında Yer Kürəsində ən ağır silahlarla silahlanmış sərhəddə yerləşdirilib.

XS
SM
MD
LG