Accessibility links

ABŞ qanunvericiləri İrana qarşı siyasəti müzakirə edirlər


ABŞ qanunvericiləri İrana qarşı siyasəti müzakirə edirlər
ABŞ qanunvericiləri İrana qarşı siyasəti müzakirə edirlər

İran lazım olduğundan çox uran istehsal edir ki, bunun atom bombası üçün istifadə ediləcəyi deyilir

Beynəlxalq ictimaiyyətin İranın nüvə proqramını dayandırması tələbinə məhəl qoymadığı üçün BMT-nin bu ölkəyə qarşı dördüncü sanksiyalar paketini qəbul etməsindən iki həftə keçir. Qanunvericilər dünən Vaşinqtonda Maliyyə və Dövlət Departamenti rəsmilərini ABŞ-ın İrana qarşı siyasəti barədə sorğu-sual ediblər.

İran nüvə proqramından ölkənin asılılığını azaltmaq məqsədi ilə enerji istehsalı üçün istifadə etdyini deyir. Beynəlxalq ictimaiyyətin İranı qınamasına və bu ölkəyə qarşı sanksiyalar irəli sürməsinə başmayaraq, İran lazım olduğundan çox uran istehsal edir ki, bunun atom bombası üçün istifadə ediləcəyi deyilir.

Birləşmiş Ştatlar dövlət katibinin müavini Villiam Börs Senatın Xarici Məsələlər Şöbəsi üzvlərinə müraciət edib. O deyib ki, biz İranın dinc nüv enerjisi əldə etmək hüququnu tanıyırıq, lakin bu hüquqlarla bərabər İranın dünya ictimaiyyətini öz məramlarının sülhpərvər olmasına inandırması ilə bağlı öhdəlikləri var.

Senatorlar nəyi bilmək istəyirlər? "BMT-nin bu yaxınlarda qəbul etdiyi sanksiyalar İranın nüvə proqramını dayandıra bilməyən bundan əvvəl qəbul edilən sanksiyalardan daha güclüdürmü?"

Lakin Birləşmiş Ştatların Maliyyə Nazirinin qanunların icrası üzrə yadımçısı Stüart Levi BMT-nin iyun ayında qəbul etdiyi sanksiyaların İranın maliyyə imkanlarına təsir edəcəyini deyib. O, qəbul edilmiş sanksiyalara uyğun olaraq Birləşmiş Ştatların İranla ticari əlaqədə olan dünya şirkətlərinin qeyri-qanuni əməliyyatlarına mane olacağını deyib. Cənab Levi BMT sanksiyalarına əsasən İranın qüdrətli İnqilab Qvardiyasına qoyulan məhdudiyyətlərin də bu ölkəyə iqtisadi və maliyyə baxımından mənfi təsir edəcəyini bildirib.

XS
SM
MD
LG