Accessibility links

ABŞ qüvvələri döyüş əməliyyatlarının başa çatdırılmasını “Yeni dan” keçid mərhələsi adlı mərasimlə qeyd edib


İraqdakı ABŞ qüvvələri döyüş əməliyyatlarının başa çatdırılmasını “Yeni dan” keçid mərhələsi adlı mərasimlə qeyd edib. Amerikanın vitse-prezidenti Co Bayden və müdafiə naziri Robert Geyts bu gün komandanlığın əvəz edilməsi prosesinə şahidlik edib

İraqdakı ABŞ qüvvələri döyüş əməliyyatlarının başa çatdırılmasını “Yeni dan” keçid mərhələsi adlı mərasimlə qeyd edib. Amerikanın vitse-prezidenti Co Bayden və müdafiə naziri Robert Geyts bu gün komandanlığın əvəz edilməsi prosesinə şahidlik edib. İraqdakı qüvvələrin hərbi komandanı general Raymond Odiernonu İraqda qalan 50000 əsgərdən ibarət hərbi qüvvəyə başçılıq edəcək general-leytenent Loyd Austin əvəz edəcək.Döyüş əməliyyatlarının başa çatdığını dünən ABŞ prezidenti Barak Obama elan edib. Prezident deyib ki, bu addım İraqın təhlükəsizliyinə nəzarəti iraqlılara həvalə edir. Barak Obama İraq liderlərini təcili şəkildə hökumətin təşkilinə çağırıb.

XS
SM
MD
LG