Accessibility links

ABŞ qüvvələri Pakistandakı bazanı tərk etdilər

  • Amerikanın səsi

ABŞ qüvvələri Pakistandakı bazanı tərk etdilər

ABŞ qüvvələri Pakistandakı bazanı tərk etdilər

Pakistan bildirir ki, ABŞ hərbçiləri ölkənin cənub-qərbindəki hərbi hava bazasını tərk ediblər. Beləliklə də Amerika qüvvələri rəsmi İslamabadın ötən ay 24 əsgərinin NATO tərəfindən öldürülməsinə cavab olaraq verdiyi möhlətə əməl etmiş olur.

Pakistan hərbçiləri Bəlucistan vilayətində Şəmsi bazasına nəzarəti bu gün təhvil aldıqlarını bildiriblər. ABŞ hərbçiləri bu bazadan Pakistan-Əfqanıstan sərhədi yaxınlığındakı Talibana qarşı mübarizədə uzun illər istifadə etmişdilər. ABŞ rəsmiləri bazadan çıxmaq haqda xəbəri təsdiqləməyiblər.

Pakistan hökuməti ABŞ qüvvələrinə bazanı tərk etmək üçün dekabrın 11-dək vaxt vermişdi. Noyabrın 26-da NATO hava qüvvələrinin zərbələri nəticəsində Pakistan əsgərlərinin öldürülməsi cəmiyyətdə geniş qəzəb dalğası doğurmuşdu.

XS
SM
MD
LG