Accessibility links

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

  • Amerikanın səsi

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ İranın təhlükəsizlik qüvvələrinin insan huquqlarına riayət etmədiyinə görə o ölkəyə qarşı yeni sanksiyalar tətbiq edib. Amerikanın Maliyyə Nazirliyininin bu gün bəyan etdiyinə görə, İslam İnqilab Qvardiyası, Bəcic Müqavimət Qüvvəsi və İranın Milli Polisinin hesabları dondurulur. Sanksiyalar Amerika vətəndaşları, şirkətləri və təsisatlarının İran qüvvələri ilə əlaqələrini yasaqlayır. ABŞ dövlət katibi Hillari Klinton deyib ki, 2009-cu il mübahisəli prezident seçkilərindən sonra qüvvələr siyasi dissidentlər və nümayişçilərə qarşı respessiyalarda iştirak edir.

XS
SM
MD
LG