Accessibility links

Amerika İranda virtual səfirlik açır; Vebsayt Amerikaya gəlmək, burada təhsil almaq istəyənlərə viza verəcək


Amerika İranda virtual səfirlik açır; Vebsayt Amerikaya gəlmək, burada təhsil almaq istəyənlərə viza verəcək
Amerika İranda virtual səfirlik açır; Vebsayt Amerikaya gəlmək, burada təhsil almaq istəyənlərə viza verəcək

Bu, bizim bir–birimizlə ABŞ, siyasətimiz və Amerika xalqı haqda açıq və qorxusuz rabitə qurmağımız üçün bir platformadır. Siz burada ABŞ-da təhsil imkanları haqda məlumat ala bilər və ABŞ-a gəlmək üçün visa ala bilərsiniz,” deyə Hillari Klinton bildirib.

ABŞ hökuməti Virtual Tehran Səfirliyi adlanan yeni vebsayt açıb. Saytın məqsədi hökumətin azad informasiya axınına mane olmağa çalışdığı İranda vətəndaşlara dürüst xəbərlər çatdırmaq və onlarla dialoq qurmaqdır. 1980-ci ildə Ayətulla Ruhulla Xomeyninin tələbə tərəfdarları ABŞ səfirliyinə hücum edərək 52 amerikalını 444 gün girov saxladıqdan bəri Amerika ilə İran arasında diplomatik əlaqələr kəsilib.

Virtual səfirliyin açılışında dövlət katibi Hillari Klinton birbaşa İran xalqına müraciət ünvanlayıb.

"Bu, bizim bir–birimizlə ABŞ, siyasətimiz və Amerika xalqı haqda açıq və qorxusuz rabitə qurmağımız üçün bir platformadır. Siz burada ABŞ-da təhsil imkanları haqda məlumat ala bilər və ABŞ-a gəlmək üçün visa ala bilərsiniz,” deyə Hillari Klinton bildirib.

Virtual səfirlik həm fars həm də ingilis dillərində fəaliyyət göstərəcək. Fars dilində vebsaytın ünvanı <persian.iran.usembassy.gov> ingiliscə isə <Iran.usembassy.gov>-dur.

İran xalqından informasiyanı gizlətməyə və ölkəni elektron pərdəyə bürüməyə çalışan İran hökuməti yeni sayta çıxışı məhdudlaşdırır. Lakin dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Vendi Şerman deyir ki, ABŞ filter sistemini adlamaq üçün internet istifadəçilərinə təlimlər keçir:

"Bir çox adamların özəl şəbəkələri var və onlar bu şəbəkələrdən istifadə edərək filterləri adlaya bilirlər. Biz nəyi bacarırıqsa onu da edəcəyik. Hesab edirik ki, bu virtual saytı işlətmək üçün üçün bizim texniki imkanlarımız kifayət qədərdir."

Dövlət katibinin yardımçısı Vendi Şerman deyir ki, virtual səfirlik ABŞ-ın İran xalqı ilə təmas qurması və onlara aydın mesaj göndərməsi yönümündə növbəti cəhdlərdən biridir: “Hökumətlər arasında ciddi fikir ayrılıqları bir kənara, ABŞ İran xalqı ilə qarşılıqlı etimada və anlaşmaya əsaslanan münasibət qurmağa can atır.”

XS
SM
MD
LG