Accessibility links

ABŞ İranın nüvə proqramında irəliləyişi yenilik hesab etmir

  • Amerikanın səsi

ABŞ İranın nüvə proqramında irəliləyişi yenilik hesab etmir

ABŞ İranın nüvə proqramında irəliləyişi yenilik hesab etmir

Obama administrasiyası İranın çərşənbə axşamı nüvə enerjisi əldə etmək üçün uran inkişafında yeni mərhələyə keçdiyi barədə açıqlamanı qeyri-ciddi hesab edib. İran nüvə proqramının dinc və mülki məqsədlərə qulluq etdiyini bildirib. ABŞ isə Tehranın nüvə silahı hazırlamağa çalışıdığına inanır.

İranın dövlət televiziyası prezident Mahmud Əhmədinejadın 20 faiz yanacaq naqillərinin uranın nüvə izotopları istehsal edən reaktoruna qoyulduğunu müşahidə edən görüntülər yayımlayıb.

İran BMT-nin sanksiyalarına baxmayaraq yanacaq naqilləri və yeni karbon-lif sentrifuqaların yerli istehsalının nüvə yanacağı hazırlamaq yolunda böyük inkişaf olduğunu bildirib.

ABŞ İranın nüvə proqramında irəliləyişi yenilik hesab etmir

ABŞ İranın nüvə proqramında irəliləyişi yenilik hesab etmir

ABŞ dövlət departamentinin sözcüsü Viktoriya Nyulandın sözlərinə görə yanacaq naqilləri Tehranın tədqiqat reaktorları üçün nəzərdə tutulub. Bu reaktor Beynəlxalq Atom Enerji agentliyinin nəzarətçiləri tərəfindən qorunur. O deyir ki, çərşənbə axşamı Tehrandan gələn bu xəbər yenilik deyil.

Viktoriya Nyulandın: “Bu elə də mühüm xəbər deyil. Mən deyərdim hətta şişirdilmiş xəbərdi. İran hökuməti artıq bir neçə aydır ki, bu yenilik haqda danışır və hətta İranın öz kalendarına görə bu nailiyyət artıq bir neçə aydır ki, ləngiyirdi. Fikrimcə bu “elan” əsasən yerli auditoriya üçün nəzərdə tutulub.”

ABŞ İranın nüvə proqramında irəliləyişi yenilik hesab etmir

ABŞ İranın nüvə proqramında irəliləyişi yenilik hesab etmir

ABŞ və Avropa İttifaqı Tehranın maddi gəlirinə təsir göstərmək üçün İran neft bazarının qarşısını almağa çalışır. Nyulandın fikrincə valyuta dəyəri düşən İran liderləri ictimaiyyətin hökumət haqda müsbət rəy yaratmaq üçün nüvə sahəsində inkişafı vurğulayır.

Viktoriya Nyuland: “Sözsüz ki, İran beynəlxalq və diplomatik təcrid olunma, artmaqda davam edən iqtisadi təyziq və presidentsiz sanksiyaları hiss edir.”

Avropa İttifaqı dörd ay bundan əvvəl Rusiya, Çin, Fransa, Britaniya, ABŞ və Almaniya ilə nüvə proqramına dair danışıqları bərpa etmək barədə göndərilmiş məktuba İranın cavab verdiyini deyib. Nyuland adı sadalanan ölkələrin cavab məktubunu nəzərdən keçirdiklərini deyib. Lakin o, məktubun məzmunu barədə təfsilata varmayıb.

XS
SM
MD
LG