Accessibility links

ABŞ İraqla əməkdaşlığın yeni mərhələsinə daxil olur


ABŞ İraqla əməkdaşlığın yeni mərhələsinə daxil olur
ABŞ İraqla əməkdaşlığın yeni mərhələsinə daxil olur

Forumda natiq qismində dövlət katibinin müavini Ceyms Staynberq və menecment və resurslar üzrə dövlət katibinin yardımçısı Ceykob Lyu çıxış ediblər

Vaşinqtonda qərargahlanan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin sponsorluğu ilə “Amerikanın İraqla Münasibətlərində Yeni Mərhələ” başlıqlı forum keçirilib. Sabiq dövlət katibinin müavini Riçard Armitacın giriş sözü ilə açdığı forumda natiq qismində dövlət katibinin müavini Ceyms Staynberq və menecment və resurslar üzrə dövlət katibinin yardımçısı Ceykob Lyu çıxış ediblər. Nitqlərdə başlıca diqqət ABŞ qüvvələrinin İraqdan çıxarılması ərəfəsində həmin ölkənin gələcək inkişaf perspektivləri və Amerikanın bu ölkədəki gözləntilərinə yönəlib.

Dövlət katibinin müavini Ceyms Staynberq ABŞ presidenti Barak Obamanın ABŞ qüvvələrini nəzərdə tutulmuş cədvələ əsasən İraqdan çıxarmasını uğurlu məqam kimi dəyərləndirdi. Onun sözlərinə görə ötən müddət ərzində ABŞ-la İraq hökuməti arasında sıxlaşan əməkdaşlıq bu ölkədə sabitliyin bərqərar olmasına və terror hücumlarının sayının kəskin şəkildə azalmasına yardım edib. Cənab Staynberqin sözlərinə görə Obama administrasiyası hesab edir ki, İraqın taleyi iraqlıların öz əllərində olmalıdır. Bu baxımdan ABŞ qüvvələrinin ölkədə qalaraq kamil siyasi durumun yaranmasını gözləməsi yanlış olardı. O, ABŞ qüvvələrinin İraqdakı kontingentinin yaxın gələcəkdə 90 min azaldılaraq 50 minə çatdırılacağını bildirdi. Əvəzində ölkədə təhlükəsizlik üçün məsuliyyət İraq əsgərlərinə və polisə həvalə ediləcək. Ceyms Staynberq onu da qeyd etdi ki, İraqın təhlükəsizlik qüvvələri ötən müddət ərzində xeyli təkmilləşmiş və hazırda əsgərlərin sayı 650 minə çatmışdır ki, bu, da keçid dönəminin hədəflərinə nail olmağa xidmət edəcək.

“Biz İraqla güclü mülki münasibətlər müstəvisinə keçid edirik ki, burada bizim İraqdakı qüvvələrimiz ərazidəki mövcudiyyətini saxlayaraq İraq qüvvələrinə təlim keçməkdə və əks-terror əməliyyatları aparmaqda davam edəcək. Bununla yanaşı biz İraqla 2009-cu ildin yanvarında qüvvəyə minmiş Strateji Çərçivə Razılığının qayəsinə uyğun olaraq müxtəlif sahələrdə əməkdaşlığımızı genişləndirəcəyik.”

Ceyms Staynberq əlavə etdi ki, qarşıda böyük sınaqlar və çətinliklər durur. Belə ki, İraqda demokratiyanın və sabitliyin düşmənləri hər vəchlə vəziyyəti nəzarətdən çıxarmağa çalışacaqlar. Lakin ABŞ hökuməti müstəqil, sabit və demokratik İraqın varlığına öhdəlik götürüb və bu kursu davam etdirəcək.

Bu günlərdə İraqdan qayıtmış menecment və resurslar üzrə dövlət katibinin yardımçısı Ceykob Lyu həmin ölkədən müsbət təəssüratlarla ayrıldığını və İraqda xidmət göstərən Amerika hərbi və mülki personalının səriştəsinə əminliyini ifadə etdi. Keçid planının əməkdaşlığı hərbi müstəvidən mülki müstəviyə keçirilməsinə yönəldiyini vuyrğulayan cənab Lyu Amerkanın İraqla bağlı strategiyasının əsasən iki istiqmətdə inkişaf etdiyini söylədi: Bunlardan birincisi Amerikanın öz əməliyyatlarını keçid dövrünün tələblərinə uyğunlaşdırması, ikincisi isə ABŞ-İraq münasibətlərinin fərqli əsaslarda sıxlaşdırılmasını ehtiva edir. O, amerikalı diplomat və hərbi liderlərin İraqda cərəyan edən keçidin həm İraq xalqının rifahına, həm də Amerikanın dövlət maraqlarına xidmət etdiyindən agah olduğunu diqqətə yetirdi.

Onun sözlərinə görə başlıca vəzifə İraqda sivil təsissatların və dövlət orqanlarınını fəaliyyətinin təkmilləşdirilməskidir. Belə ki, İraqda sabitliyin qarantı bu növ institutlardır və bu istiqamətdə ABŞ əlindən gələn yardımı İraq xalqından əsirgəməyəcək, deyə cənab Lyu bildirdi: “İraqın firvanlığı və təhlükəsizliyi İraq xalqı və ABŞ üçün əhəmiyyətlidir. Biz oradakı inkişafları müəyyənləşdirmək üçün aparıcı rol oynamaqda davam edəcəyik. Məqsədimiz vaxt keçdikcə daha normal ikitərəfli münasibətlərə daxil olmaqdır. Bu keçid həmin hədəfə körpu mahiyyəti daşıyır.”

Cənab Lyu niqtinin sonunda forum iştirakçılarını məsələyə geniş perspektivdəın baxmağa dəvət etdi. O, bildirdi ki, uzun müddət İraq dövləti regionda Amerika maraqlarına zidd fəaliyyət göstərib. İraq dövlətinin diktatorial xarakteri həm İraq xalqı, həm də ABŞ maraqlarına zərbə vurub. Tarixdə ilk dəfədir ki, plüralist, açıq cəmiyyət kimi formalaşan İraq ABŞ-la müttəfiq mövqedən çıxış edir. Regiondakı maraqları naminə bu dostluğu qorumaq ABŞ üçün mühüm əhəmiyyət kəsb edir, deyə cənab Lyu öz çıxışını bitirdi.

XS
SM
MD
LG