Accessibility links

ABŞ rəsmiləri bioloji silah hücumuna qarşı xəbərdarlıq edirlər


Dövlət Katibi Hillari Klinton deyir ki, əgər ABŞ sübut etsə ki, bioloji silah hücumları başqa ölkədən qaynaqlanıb, onda buna qarşı ciddi ölçülər götürüləcək.

ABŞ Dövlət Katibi Hillari Klinton və Müdafiə Naziri Robert Geyts deyirlər ki, Vaşinqtonun yenilənmiş nüvə siyasətində möhkəm çəkindirici müddəalar yer alıb. Klinton deyir ki, əgər ABŞ sübut etsə ki, bioloji silah hücumları başqa ölkədən qaynaqlanıb, onda buna qarşı ciddi ölçülər götürüləcək. Yenilənmiş ABŞ nüvə siyasətinə əsasən Birləşmiş Ştatlara qeyri-nüvə dövlətindən qaynaqlanan kimyəvi və bioloji silah hücumlarına atom bombası ilə cavab vermək qadağan olunur. Lakin Geyts və Klinton deyirlər ki, əgər hücum edən ölkə Nüvə Non-Proliferasiyası Sazişinə əməl etmirsə, onda bu müddəa onlara şamil edilməyəcək. Hillari Klintonun sözlərinə görə dünyanın ən böyük narahatlığı bu silahın Əl Qaida kimi terror qruplarının əlinə keçməsindən doğur.

XS
SM
MD
LG