Accessibility links

Amerikalı rəsmilər növbəti fahişə qalmaqalında

  • Amerikanın səsi

Birləşmiş Ştatlar rəsmiləri Latın Amerikasında fahişəliklə bağlı növbəti utandırıcı insidentlə üzləşirlər.

Müdafiə Nazirliyi Braziliyadakı ABŞ səfirliyinin bir əməkdaşı və səfirlikdə xidmət edən Hərbi Dəniz Donanmasının 3 işçisinin keçən ilin dekabr ayında gecə klubundan özləri ilə iki fahişə apardıqlarını bildirib. Gecə klubundan aparılan qadınlardan biri bir amerikalının onu maşından itələyib saldığını və o, maşına yenidən minmək istəyərkən yıxılaraq yaralandığını deyib. ABŞ rəsmisi səfirliyin həmin qadını tapdığını və tibbi xərclərini ödədiyini bildirib.

Braziliyadakı insident barədə açıqlama ABŞ ordusu və Xüsusi Xidmət Orqanları nümayəndələrinin Kolumbiyada fahişələrlə əlaqələri ilə bağlı skandaldan dərhal sonra verilib. Kolumbiyadakı insidetlə bağlı artıq Xüsusi Xidmət Agentliyinin səkkiz işçisi işlərindən azad edilmiş və ya istefa verməyə məcbur edilmişlər.





XS
SM
MD
LG