Accessibility links

ABŞ rəsmiləri Nyu-Yorkda bomba hücumu cəhdinin arxasında Pakistan Talibanının dayandığını deyir


ABŞ rəsmiləri Nyu-Yorkda bomba hücumu cəhdinin arxasında Pakistan Talibanının dayandığını deyir

ABŞ rəsmiləri Nyu-Yorkda bomba hücumu cəhdinin arxasında Pakistan Talibanının dayandığını deyir

ABŞ-ın baş prokuroru Erik Holder ABC telekanalına bildirib ki, Pakistanda doğulmuş ABŞ vətəndaşı Feysal Şahzad Taliban qrupundan təlimat alıb

ABŞ-ın yüksək səviyyəli iki rəsmisi deyir ki, Birləşmiş Ştatlar Nyu-York şəhərində baş tutmamış bomba hücumu cəhdinin arxasında Pakistanda Talibanın durduğu barədə dəlili malikdir. ABŞ-ın baş prokuroru Erik Holder ABC telekanalına bildirib ki, Pakistanda doğulmuş ABŞ vətəndaşı Feysal Şahzad Taliban qrupundan təlimat alıb. Holder deyib ki, Pakistan rəsmiləri məsələ ilə bağlı ABŞ təhqiqatçıları ilə əməkdaşlıq edir. Milli Təhlükəsizlik məsələləri üzrə müşavirin müavini Con Brennan Foks telekanalına müsahibəsində deyib ki, Şahzad Pakistanda Talibandan təlim alıb və belə görünür, bomba hücumunun həyata keçirilməsini də qrup maliyyələşdirib.

XS
SM
MD
LG