Accessibility links

ABŞ rəsmiləri Qırğızıstanda polis işgəncəsindən narahatdır


ABŞ-ın Qırğızıstandakı hərbi hava bazası
ABŞ-ın Qırğızıstandakı hərbi hava bazası

Qırğızıstandakı ABŞ səfirliyi qırğız hüquq-mühafizə orqanlarının saxlanılanlara işgəncə verməsi barədə dolaşan xəbərlərdən narahatlığını ifadə edib. Səfirliyin açıqladığı bəyanatda qırğız hökuməti qanuni prosedurlara riayət etməyə və məhbuslarla ədalətli rəftar etməyə çağırlılır. Son günlər Qırğızıstanda baş verən bir neçə bomba partlayışlarına və zorakı insidentlərə görə rəsmilər İslamçı militantları günahlandırıblar. Qırğızıstan Əfqanıstana tranzit mahiyyəti daşıyan mühüm ABŞ hərbi bazasına ev sahibliyi edir.

XS
SM
MD
LG