Accessibility links

ABŞ rəsmisi narkotikə qarşı mübarizənin iflasa uğradığını inkar edir

  • Amerikanın səsi

ABŞ rəsmisi narkotikə qarşı mübarizənin iflasa uğradığını inkar edir

ABŞ rəsmisi narkotikə qarşı mübarizənin iflasa uğradığını inkar edir

ABŞ Daxili Təhlükəsizlik naziri Canet Napolitano ölkəsinin narkotikə qarşı onillərlə apardığı müharibədə uduzmadığını deyir. Napolitano Meksika Daxili İşlər Naziri Alehandro Poire ilə görüşdə Vaşinqtonun anti-narkotik səylərini müdafiə edib.

“Narkotikə qarşı müharibə iflasa uğrayıbmı, yaxud biz öz strategiyamızı dəyişəcəyikmi? Mən mübarizənin iflasa uğradığını düşünmürəm. Mən deyərdim ki, bu daim davam edən mübarizədir,” deyə Napolitano bildirib.

Napolitano həmçinin ümid etdiyini bildirib ki, 2001-ci ildə həbsxanadan qaçmış Meksika narkotik kralı Hoakin “El Çapo” Guzman sonda yaxalanacaq.

2006-cı ildən bəri Meksikada narkotik zəminində baş verən zorakılıqlarda 50,000-ə yaxın adam ölüb. Həmin il Meksika prezidenti Felipe Kalderon ölkənin narkotik kartellərinə qarşı kampaniyaya başlayıb.

XS
SM
MD
LG