Accessibility links

ABŞ rəsmisi raketdən müdafiə strategiyasının istiqamətlərini açıqlayıb

  • Əsgər Möhsümoğlu

Amerikalı dənizçi ballistik raketdən müdafiə texnologiyasına malik Aegis gəmisinin silahlara nəzarət kabinəsində, Rumıniyanın Qara Dənizdəki Konstanta limanı, 7 iyun 2011 (arxiv fotosu)

Amerikalı dənizçi ballistik raketdən müdafiə texnologiyasına malik Aegis gəmisinin silahlara nəzarət kabinəsində, Rumıniyanın Qara Dənizdəki Konstanta limanı, 7 iyun 2011 (arxiv fotosu)

Frank Rose prezident Obamanın 2009-cu ildə Avropa üçün raketdən müdafiə sistemi barədə yeni planla çıxış etdiyini bildirib. Həmin planın başlıca məqsədi Avropa qitəsini ballistik raketlərdən və mümkün atom bombası hücumlarından qorumaqdır. NATO çərçivəsində həyata keçirilən Mərhələli Çevik Yanaşma Avropa ərazisində SM-3 markalı qəbuledicilər və ballistik müdafiə imkanlarına malik Aegis gəmilərinin yerləşdirilməsini nəzərdə tutur.

ABŞ Dövlət Katibi Yardımçısının Köməkçisi Frank Rose Tel-Əvividə keçirilən ikinci İsrail Çoxmillətli Raketdən Müdafiə Konfransında çıxış edib. Dövlət Departamentinin Silahlara Nəzarət, Yoxlama və Riayət şöbəsinin məsul rəsmisi öz nitqində ABŞ-ın raketdən müdafiə üzrə strateji hədəflərini konfrans iştirakçıları ilə paylaşıb.

Frank Rose raketdən müdafiənin ABŞ-ın beynəlxalq təhlükəsizlik strategiyasında mühüm yer aldığını söyləyib. Onun sözlərinə görə, raketdən müdafiə müttəfiq və tərəfdaşları əmin edir ki, ABŞ-ın özünə və dostlarına qarşı ballistik raket hücumlarına cavab vermək iradəsi və qabiliyyəti var. Belə bir sistem habelə ABŞ və onun tərəfdaşlarına düşmən mövqedən çıxış edən ölkələrə qarşı çəkindirici faktor rolu oynayır. Buna misal olaraq cənab Rose İran və Şimali Koreya kimi dövlətləri nümunə göstərib.

Prezident Obama raketdən müdafiə üzrə beynəlxalq əməkdaşlığı administrasiyasının prioritetlərindən biri elan edib. ABŞ regional düşmənlərin balltistik raket inkişaf etdirmək və ya əldə etmək səylərinin qarşısını almağa çalışır. Eyni zamanda ballistik raket hücumunun effektivliyini azaltmaqla Birləşmiş Ştatlar mümkün təcavüz mənbələrinə çəkindirici mesaj göndərir.

Cənab Rose strategiyanın üç əsas xətt üzərində qurulacağını bildirib. Birinci, ABŞ müttəfiqləri və tərəfdaşları ilə birgə regional çəkindirici mexanizmlər hazırlayacaq. İkinci, ABŞ Mərhələləri Çevik Yanaşma adlı proqram həyata keçirəcək ki, bu proqram regiondakı təhlükələrin miqyasına, həcminə və tempinə uyğun olaraq texnologiyalar inkişaf etdirəcək. Qlobal raketdən müdafiə təlabatına cavab vermək üçün ABŞ mobil imkanlara malik sistemlər hazırlayacaq ki, təhlükə yaranan məqamda qurğular müvafiq regionlara çatdırılsın.

Frank Rose prezident Obamanın 2009-cu ildə Avropa üçün raketdən müdafiə sistemi barədə yeni planla çıxış etdiyini bildirib. Həmin planın başlıca məqsədi Avropa qitəsini ballistik raketlərdən və mümkün atom bombası hücumlarından qorumaqdır. NATO çərçivəsində həyata keçirilən Mərhələli Çevik Yanaşma Avropa ərazisində SM-3 markalı qəbuledicilər və ballistik müdafiə imkanlarına malik Aegis gəmilərinin yerləşdirilməsini nəzərdə tutur. Bundan əlavə, ABŞ-ın bəzi Avropa müttəfqiləri Aegis gəmilərinə malikdirlər ki, bunlar raket hücumuna qarşı qurğu mövcud olmadan da effektivdirlər. Ümumi müdafiə sisteminə yer və dənizdə yerləşən radarların qoşulması və PATRIOT raketlərinin inteqrasiyası da daxildir. Mərhələli plana əsasən ABŞ Cənubi Avropada AN/TPY-2 radarı, Rumıniyada, daha sonra isə Polşada SM-3 raketdən müdafiə sistemləri yerləşdirəcək. Planın sonuncu mərhələsində, 2020-ci illərdə, Pentaqon inkişaf etmiş qəbuledici sistemləri quraşdırmağı nəzərdə tutur.

ABŞ rəsmisi Rusiyanı əmin edib ki, Mərhələli Çevik Yanaşma Planı Rusiyanın çəkindirici raket qabiliyyətini zəiflətmək məqsədi güdmür. Belə ki, müdafiə sistemi məhdud hücumların qarşısını almağa yönəlib və Rusiyanın nəhəng və inkişaf etmiş arsenalına tab gətirə bilməz. Onun sözlərinə görə raketdən müdafiə üzrə əməkdaşlıq NATO müttəfqiləri ilə bərabər Rusiya üçün də faydalı olacaq və bu ölkə ilə münasibətlərin güclənməsinə şərait yaradacaq.

Nitqinin sonunda Frank Rose ABŞ-İsrail əməkdaşlığının perspektivlərindən söz açıb. İsraili Amerikanın raketdən müdafiə sistemi inkişafında bir nömrəli tərəfdaşı adlandıran rəsmi Obama administrasiyasının İsraillə əməkdaşlığa öhdəlik götürdüyün deyib.

Cənab Rose İsrailə başlıca təhlükə törədən ölkələr sırasında İran və Suriyanı sadalayıb. Onun sözlərinə görə, İranın qatı yanacaqlı 2000 kilometrlik məsafə qət edə biləcək ballistik raketlər sınaqdan keçirməsi narahatlıq doğurur. İranın orbitə peylk göndərməsi və Simurq adlanan dörd mühərrikli raket inkişaf etdirməsi göstərir ki, Tehran durmadan uzaq məsafəli ballistik raket texnologiyası üzərində çalışır. Suriyanın malik olduğu qısa məsafəli SKAD raketləri də İsraili vurmaq qabiliyyətinə malikdirlər.

Mövcud hədələrin qarşısını almaq üçün ABŞ və İsrail Arrow Silahlar Sistemi inkişaf etdiriblər ki, bu sistem qısa və orta mənzilli ballistik raketləri zərərsizləşdirə bilər. Bundan əlavə, İsrail son model X-Band Radarına malikdir ki, bu radar İsrailin raketlərə nəzarət etmə imkanlarını genişləndirir. Hazırda ABŞ və İsrail “Davidin Sapandı” adlı qəbuledici sistem üzərində işləyirlər ki, bu qurğu qısaməsafəli raketlərin qarşısını almağa yardım edəcək. ABŞ Konqresi bu ilin əvvəlində İsrailin “Dəmir Gümbəz” layihəsinə 200 milyon dollar ayırıb ki, bu, da Həmas və Hezbullah kimi terror təşkilatlarının İsrailə raket hücumlarının qarşısını almaqda effektivlik nümayiş etdirir.

XS
SM
MD
LG