Accessibility links

ABŞ bin Ladenin xanımlarını dindirmək istəyir


ABŞ bin Ladenin xanımlarını dindirmək istəyir
ABŞ bin Ladenin xanımlarını dindirmək istəyir

Birləşmiş Ştatlar Pakistanın nəzarətində olan Üsama bin Ladenin üç xanımını dindirmək istəyir. Milli təhlükəsizlik məsələləri üzrə müşavir Tom Donilon deyib ki, Pakistan rəsmiləri bu istiqamətdə Amerika ilə əməkdaşlıq aparmalı və bin Ladenin iqamətgahından əldə edilmiş kəşfiyyatları Vaşinqtonla bölüşməlidirlər.

Yüksək rütbəli ABŞ rəsmisi əlavə edib ki, Üsama bin Ladenin ölümünə baxmayaraq Əl-Qaidadan qaynaqlanan terror təhlükəsi qalmaqdadır.

Tom Donilon televiziya mühsaibəsində bildirib ki, Birləşmiş Ştatlar Əl-Qaidanın strateji baxımdan məğlub olduğunu hesab edə bilməz. Lakin o, bin ladenin məhvini terror təşkilatının süquta yetirilməsində mühüm “dönüş nöqtəsi” adlandırıb.

Donilon bildirib ki, bin Ladenin Abbottabaddakı iqamətgahından əldə edilən materiallar kiçik kitabxana həcmindədir. Bu, indiyədək əldə olunan ən iri terror kəşfiyyatıdır.

Müşavirin deiyinə görə belə görünür ki, Pakistan hökuməti bin Ladenin paytaxt İslamabaddan 60 kilometr məsafədə yaşadığından bixəbər olub. Ancaq o, əlavə edib ki, bin Laden üçün müəyyən dəstək şəbəkəsi mövcud olmalı idi və bu, araşdırılmalıdır.

XS
SM
MD
LG