Accessibility links

ABŞ-ın sabiq birinci xanımı son mənzilə yola salındı


ABŞ-ın sabiq birinci xanımı son mənzilə yola salındı
ABŞ-ın sabiq birinci xanımı son mənzilə yola salındı

Keçən həftə 93 yaşında dünyasını dəyişən ABŞ-ın sabiq birinci xanımı Betti Fordu son mənzilə yola salmaq üçün onun ailə üzvləri, dostları və pərəstişkarları vida mərasiminə toplaşıblar.

Narkomaniya ilə mübarizənin və qadın haqlarının nüfuzlu müdafiəçisi xanım Fordun vida mərasimi 60 il əvvəl sabiq prezident Cerald Fordla ailə qurduğu Miçiqan kilsəsində keçirilib. Keçmiş prezident Bill Klinton və sabiq birinci xanım Barbara Buş, o cümlədən eksvitse-prezident Dik Çeyni və onun xanımı Lin Çeyni də mərasimdə iştirak edib.

Xanım Çeyni sabiq birinci xanımı həvəsləndirici bir insan kimi xatırladığı bildirirək deyib ki, o, döş xərçəngi və narkomaniya ilə mübarizə səyləri ilə insanların həyatlarını xilas edib və yaxşıya doğru dəyişib.

XS
SM
MD
LG