Accessibility links

ABŞ Senatı səhiyyə islahatları qanununu ləğv etməməyə səs verdi


ABŞ Senatı səhiyyə islahatları qanununu ləğv etməməyə səs verdi

ABŞ Senatı səhiyyə islahatları qanununu ləğv etməməyə səs verdi

Demokratların çoxluq təşkil etdiyi Senatda Respublikaçıların təşəbbüsü uğursuzluqla nəticələnib

ABŞ Senatı prezident Barak Obamanın qəbul etdirdiyi səhiyyə islahatları qanununu ləğv etməyin əleyhinə səs verib. Demokratların çoxluq təşkil etdiyi Senatın qanunvericiləri 51:47 nisbətində yeni təklifin əleyhinə səs veriblər. Respublikaçılar yekdilliklə səhiyyə islahatlarının ləğvinə səs veriblər. Demokratlar və bir bitərəf isə qanun yerində qalmasını dəstəkləyib. Bu ölçünün Senatda məğlub ediləcəyi gözlənilən idi. Hətta Senat bu ölçünü qəbul etəsydi belə prezident Barak Obama qanuna veto qoyacağını vəd etmişdi.

XS
SM
MD
LG