Accessibility links

ABŞ Senatında federal agentliklərin 1 trillion dollarlıq büdcə razılığı səsə qoyulur

  • Amerikanın səsi

ABŞ Senatında federal agentliklərin 1 trillion dollarlıq büdcə razılığı səsə qoyulur

ABŞ Senatında federal agentliklərin 1 trillion dollarlıq büdcə razılığı səsə qoyulur

Bu gün ABŞ Senatında federal agentliklərin 1 trillion dollarlıq büdcə razılığı səsə qoyulur. Dünən sənəd Nümayəndələr Palatasında keçirilən səsvermə zamanı 296 lehinə, 121 əleyhinə səslə təsdiq edilib. Beləliklə hökumət 2012-ci ilin oktyabr ayınadək büdcə ilə təmin edilmiş olur.

Nümayəndələr Palatasınən respublikaçı spikeri Con Beyner deyib ki, razılıq hər iki partiyadan qanunvericilərin əməkdaşlığı sayəsində təsdiq edilib.

Sabiq spiker Nensi Pelosi respublikaçıları bu mühüm sənədin təsdiqini son anadək yubatmaqda günahlandırıb. ABŞ prezidenti Barak Obama Konqresə təzyiq göstərərək, sənədin təsdiqini istəyir, Onun dediyinə görə 160 milyon amerikalı yeni ildə vergilərin artırılması ilə üzləşə bilər.

Federal agentliklərin fəaliyyətinin dayandırılmadı yüz minlərlə işçini maaşsız qoya bilərdi..

Bu gün Senat liderləri vergi ixtisarına dair razılığın iki ay müddətinə uzadılması barədə razılıq əldə edib. Sənəd nümayəndələr Palatasının da təsdiqini əldə etməli və daha sonra prezidentin imzasına göndərilmlidir. Vergi qanunun möhləti bu ayın sonu başa çatırdı.

XS
SM
MD
LG