Accessibility links

ABŞ senatoru: "Qəzzafi hakimiyyətdə qalsa, ABŞ-ın milli maraqları həyata keçməyəcək"


ABŞ senatoru: "Qəzzafi hakimiyyətdə qalsa, ABŞ-ın milli maraqları həyata keçməyəcək"
ABŞ senatoru: "Qəzzafi hakimiyyətdə qalsa, ABŞ-ın milli maraqları həyata keçməyəcək"

ABŞ-ın bəzi nüfuzlu qanunvericisi Liviya lideri Müəmmar Qəzzafinin istefası üçün daha çox təzyiq göstərilməsinə çağırıb.

Respublikaçı senator Lindsi Qraham CNN-nə müsahibəsində deyib ki, Liviyada münaqişəyə son qoymağın yolu Tripolidə Qəzzafi tərəfdarlarını bombalayaraq “ilanın başını kəsməkdən” keçir. Onun sözlərinə görə, Qəzzafi hakimiyyətdə qalsa, ABŞ-ın milli maraqları həyata keçməyəcək.

Respublikaçı senator Con Makkeyn və müstəqil senator Co Liberman da Qəzzafiyə təzyiqin artırılması fikri ilə razılaşıb. Ötən həftə Liviyanın Benqazi şəhərinə səfər edən cənab Makkeyn deyib ki, ABŞ Liviyadakı NATO koalisiyasında liderlik mövqeyini bərpa etməlidir. Onun sözlərinə görə, hazırda münaqişə komitə tərədindən idarə olunur.

XS
SM
MD
LG