Accessibility links

Liviya rəsmisi hökumət qoşunlarının Misrata şəhərinin mühasirəsinə son qoyacaqlarını deyib


Liviya rəsmisi hökumət qoşunlarının Misrata şəhərinin mühasirəsinə son qoyacaqlarını deyib

Liviya rəsmisi hökumət qoşunlarının Misrata şəhərinin mühasirəsinə son qoyacaqlarını deyib

Səfərin məqsədi müxalifət lideləri ilə ölkədəki vəziyəti müzakirə etmək idi.

Liviya Xarici İşlər nazirinin müavini hökumət qoşunlarının üsyançıların əlindəki Misrata ətrafındakı mühasirəyə son qoyaraq buradan geri çəkiləcəklərini bildirib. Nazir müavini Xalid Kaim deyib ki, şəhərin gələcəyi məsələsi "Misrata ətrafındakı qəbilələr və misratalılara buraxılacaq". O, Liviya qoşunlarının hansı tarixdə və hansı şərtlər altında geri çəkiləcəkləri barədə açıqlama verməyib.

Bu arada, Birləşmiş Ştatlar senatoru Com Makkeyn müxalifət lideləri ilə ölkədəki vəziyəti müzakirə etmək üçün bu gün Liviyanın üsyançıların nəzarətində olan Benqazi şəhərinə gedib. Liviya müxalifətinin baş qərarhagları yerləşən şəhərə gəldikdən sonra cənab Makkeyn müxbirlərə üsyançıların qəhrəman olduqlarını deyib. O üsyançıların nümayəndələri ilə görüşüb, əhali ilə söhbət edib və şəhərin vəziyyəti ilə tanış olub.

Senator Makkeyn ABŞ və digər qüdrətli dövlətləri üsyançıların yaratdıqları Keçid Şurasının səlahiyyətlərini tanımağa çağırıb. Con Makkeyn bildirib ki, onun sözləri ilə desək, məsələnin həlli və işlərin başa çatdırılması və Liviya lideri Müəmmər Qəzzafinin hakimiyyətdən kənarşaldırılması üçün Obama hökumətindən üsyançılara yardımların artırılmasını tələb edəcək.

Ağ Ev isə respublikaçı nüfuzlu senatorun fikirləri ilə razılaşmır. Ağ Evin sözçüsü Cey Karni deyib ki, ölkədə kimin hakimiyyətdə olması məsələsi "Liviya xalqının qəbul edə biləcəyi bir qərardır".

Müharibə veteranı, respublikaçı qanunverici Con Makkeyn üsyançıların Liviya lideri Müəmmar Qəzzafiyə sadiq qoşunlarla mübarizə apardığı bölgələrə hərbi müdaxilənin qatı tərəfdarlarından idi. Senator Makkeynin bölgəyə səfəri ABŞ-ın NATO hərbi qüvvələrinə yardım məqsədi ilə pilotsuz təyyarələrini həmin ərazilərə göndərmək barədə razılığından bir gün sonraya təsadüf edir.

XS
SM
MD
LG