Accessibility links

Federal büdcə üzərində qızğın danışıqlar gedir


Spiker John Boehner

Spiker John Boehner

ABŞ Konqresində Demokratlarla Respublikaçılar federal büdcəni müəyyənləşdirmək üçün danışıqları davam etdirirlər. Əgər cümə gününədək razılıq əldə olunmasa onda hökumət öz fəaliyyətini dayandıra bilər.

Prezident Barak Obama telefonda Nümayəndələr Palatasının spikeri John Boehner-lə və Senatda Demokrat çoxluğun lideri Harry Reid-lə danışıb. Prezident bu gün ya sabah Konqres liderlərini bir aray gətirə bilər, deyə Ağ Evin sözçüsü Jay Carney bildirib.

Prezident Obama dünən müxbirlərə söyləyib ki, dünənki danışıqlar nəticə verməsə də, tərəflərin mövqeləri bir-birindən o qədər də uzaq deyil.

Nümayəndələr Palatasında çoxluq təşkil edən Respublikaçıların liderləri spiker John Boehner-in rəhbərliyi altında hökumətin bağlanmasının qarşısını almaq üçün qısa müddətli həll yolu ilə çıxış etdiklərini deyiblər. Cənab Boehner bildirib ki, 12 milyard dollar kəsinti ilə onlar hökumətin açıq qalması üçün təklif irəli sürüblər.

Lakin prezident qısa müddətli həll variantlarında maraqlı olmadığını bildirib. Onun sözlərinə görə “bu, artıq iki dəfə baş verib və hökuməti iki həftəlik seqmentlərdə idarə etmək olmaz.”

XS
SM
MD
LG