Accessibility links

ABŞ Sudanla əlaqələrini normallaşdıra bilər


ABŞ Sudanla əlaqələrini normallaşdıra bilər
ABŞ Sudanla əlaqələrini normallaşdıra bilər

Ceyms Şteynberq Sudan xarici işlər naziri ilə görüşdən sonra Xartumda keçirilən mətbuat konfransında verib

Birləşmiş Ştatlar bildirir ki, Sudan Cənubi Sudanda müstəqil referendumun nəticələrini qəbul etsə Vaşinqton bu ölkə ilə diplomatik əlaqələrini normallaşdıracaq. ABŞ dövlət katibinin müavini Ceyms Şteynberqin sözlərinə görə, ABŞ habelə Sudanın terroru dəstələyən ölkələr siyahısından çıxarmaq məsələsini də nəzərdən keçirəcək. Bu açıqlamanı Şteynberq Sudan xarici işlər naziri ilə görüşdən sonra Xartumda keçirilən mətbuat konfransında verib. Referendumun ilkin nəticələri göstərir ki, cənubluların 99 faizi cənubun şimaldan ayrılmasına səs verib. Sudan prezidenti Ömər Əl-Bəşir bildirib ki, onun hökuməti nəticələri qəbul edir.

ABŞ Sudanı 1993-cü ildən bəri Osama Bin Laden də daxil olmaqla, islamçı terrorçuları dəstəklədiyi üçün terroru dəstəyən ölkələr siyahısına daxil edib.

XS
SM
MD
LG