Accessibility links

ABŞ Suriyanı insan haqlarına hörmət etməyə səsləyir

  • Amerikanın səsi

ABŞ Suriyanı insan haqlarına hörmət etməyə səsləyir

ABŞ Suriyanı insan haqlarına hörmət etməyə səsləyir

Birləşmiş Ştatlar Suriyada davam edən zorakılıqları pisləyərək prezident Bəşar əl-Əsədin hökumətini dinc nümayişçilərə qarşı basqılara son qoymağa çağırıb.

Dünən açıqladığı bəyanatda Dövlət Departamenti Suriya təhlükəsizlik qüvvələrinin əməllərini barbarizm adlandırıb.

İnsan haqları müdafiəçiləri deyirlər ki, Suriya hökumət qüvvələri dörd ay davam edən qarşıdurma zamanı 1600 mülki vətəndaş öldürüblər. Hökumət zorakılıqların böyük əskəriyyətinə görə terroristləri və İslamçıları günahlandırır. Rəsmilər bu qüvvələri yüzlərlə əsgər və polisi öldürməkdə ittiham edir.

Dövlət Departamenti Suriyanı nümayişçilərin demokratiyaya dinc keçid hüququna hörmət etməyə çağırıb.

XS
SM
MD
LG