Accessibility links

ABŞ telekanalında Əliyevlər ailəsindən bəhs ediləcək (VİDEO)


ABŞ telekanalında Əliyevlər ailəsindən bəhs ediləcək (VİDEO)
ABŞ telekanalında Əliyevlər ailəsindən bəhs ediləcək (VİDEO)

Fevral ayının 23-ü Vaşinqton vaxtı ilə axşam saat 9:00-da (Bakı vaxtı ilə səhər saat 6:00-da) CNBC telekanalında tanınmış araşdırmaçı Skot Kohnun "Filthy Rich" (Çirkli zənginlər) araşdırma proqramı efirə gedəcək. Bir saat davam edəcək və çirkli pulların yuyulması, o cümlədən beynəlxalq korrupsiyadan bəhs edəcək proqram 1 saat davam edəcək və həmin axşam 4 dəfə təkrar olunacaq. Proqramda əsasən ABŞ-da ən bahalı mülkün sahibi Ekvatorial Qvineyadan Obianqlar ailəsinin çirkli pulları ABŞ-a necə keçirməsindən və Azərbaycan prezidenti İlham Əliyevin övladının 11 yaşı olarkən Palma Cümeyra adalarında 9 imarəti hansı yollarla almasından danışılacaq. Azərbaycana səfər edən Skot Kohn ölkədəki yaşayış şəraitini də nümayiş etdirəcək. Jurnalist adi vətəndaşlarının orta aylıq əmək haqqısının 420 dollar olduğu ölkənin 11 yaşlı sakinin bu villaları necə aldığını sual edir. Proqramdan öncə CNBC-nin açıqladığı anond-videonu təqdim edirik:

XS
SM
MD
LG