Accessibility links

2012-İqtisadi proqnozlar


2012-İqtisadi proqnozlar
2012-İqtisadi proqnozlar

ABŞ Ticarət Palatası iqtisadiyyatda canlanma müşahidə edildiyini bildirib. Lakin biznes federasyası dünyanın ən böyük iqtisadiyyatının hələ də çox yavaş artdığını bəyan edib. 3 milyona yaxın şirkəti təmsil edən Ticarət Palatası seçki ilində iqtisadiyyat sahəsində çox iş görməyin mümkün olmayacağını bildirir.

İllik müraciəti zamanı palatanın prezidenti Tomas Donohyu iqtisadiyyatın inkişaf etdiyini bildirsə də, işsizliyin azaldılmasında kifayət qədər irəliləyiş əldə edilmədiyini deyib: "Təssüflər olsun ki, 2012-ci ilin ilk aylarında iqtisafi artım zəif olacaq. Biz ilin birinci yasında artımın 2.5 faiz təşkil edəcəyini düşünürük. Hökumətin səylərindən asılı olaraq, ilin sonunda artım 3 faizə çata bilər ".

Ticarət Palatasının hökumət məsələləri üzrə şöbəsinin müdiri Brus Costen bildirir ki, Konqres uğrunda qızğın yarışlara qoşulan qanunvericilərin yenidən seçilməsi üçün iqtisadi məsələləri ön çəkməsinə lobbiçilik edəcək: "Bəzi hallarda siyasətçilər iqtisadi siyasətə mane olur. Biz bunun dəyişəcəyinə ümid edirik ."

Ticarət Palatasının prioritetləri arasında Keystone XL boru xəttinin inşası yer alır. 3 min km uzunluğu olan boru gündə 700 min barrel Kanada neftini Texasın neftayırma sənayesinə çatdırmalıdır.

ABŞ Ticarət Palatasının prezidenti Tomas Donohyunun dediyinə görə, 7 milyard dollarlıq bu layihə Amerikanın energetika sahəsində inkişafa və minlərlə yeni iş yerinin açılışına xidmət edəcək: "Layihə bütün ətraf mühit sınaqlarınadan keçirilib. Layihənin gecikdirilməsinə əsas verəcək heç bir dəlil yoxdur."

Layihənin hər iki partiya tərəfindən dəstəklənməsinə baxmayaraq, ABŞ prezidenti Barak Obama layihənin ətraf mühitə ziyan vuracağına dair təzyiqlər altındadır. Prezident siyasəti ilə heç bir əlaqəsi olmadığını iddia edən Ticarət Palatası bildirir ki, layihənin həyata keçirilməsi üçün prezidentə təzyiq göstərəcək. Palata bundan əlavə respublikaçılar partiyasından prezidentliyə namizəd Mitt Romninin biznes təcrübəsini tənqid edən digər namizədləri qınayıb.

XS
SM
MD
LG