Accessibility links

ABŞ Türkiyəyə yeni səfirini nominasiya etdi

  • Nərminə Cəlalqızı

Frensis Jozef Rikkiardone

Frensis Jozef Rikkiardone

Fransis Rikkiardone bundan əvvəl Birləşmiş Ştatların Misirdəki səfiri vəzifələrində çalışıb

Birləşmiş Ştatlar prezidenti Barak Obama diplomat Frensis Cozef Rikkiardonenin ABŞ-ın Türkiyədə səfiri vəzifəsinə nominasiya edəcəyini bəyan edib. Dünən Ağ Evdə verdiyi açıqlamasında cənab Obama Ricciardonun nominasiyası ilə yanaşı digər bir neçə nəfərin də yüksək səviyyəli vəzifələrə təyinatı barədə məlumat verib.

Fransis Rikkiardone bundan əvvəl Birləşmiş Ştatların Kabildəki səfirinin müavini, son zamanlar isə ABŞ-ın Misirdəki səfiri vəzifələrində çalışıb. Fransis Rikkiardone Senatın təsdiqini əldə edə bilsə, ABŞ-ın Türkiyədəki səfiri Ceyms Ceffrini əvəz edəcək.

XS
SM
MD
LG