Accessibility links

ABŞ 2010-cu ildə dünyada insan hüquqlarının vəziyyətinə dair hesabatını açıqlayıb

  • Azerbaijani Service

ABŞ 2010-cu ildə dünyada insan hüquqlarının vəziyyətinə dair hesabatını açıqlayıb

ABŞ 2010-cu ildə dünyada insan hüquqlarının vəziyyətinə dair hesabatını açıqlayıb

ABŞ Dövlət Departamenti 2010-cu ildə dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatını açıqlayıb. Hesabatın Azərbaycanla bağlı hissəsində söz və sərbəst toplaşmaq azadlıqları, siyasi partiyaların fəaliyyəti və vətəndaşların dinc yolla hakimiyyəti dəyişmək hüquqlarının məhdudlaşdırıldığı qeyd edilir. Hökumətin siyasi opponent hesab etdiyi şəxslərin məhkəməsiz həbs edilməsi hallarının davam etdiyi bildirilir. Sənəddə deyilir ki, ədliyyə və hüquq-mühafizə orqanlarında korrupsiya qalmaqdadır. Media və siyasi fəaliyyətlərə məhdudiyyətlər daha da sərtləşdirilib. Hökumət bəzi hallarda dini azadlıqları məhdudlaşdırır. Insan alveri ölkədə problem olaraq qalır.

İnsan hüquqlarına hörmət edilməsi bölməsində deyilir ki, keçən il ərzində hökumət, ya da hökumət nümayəndələrinin kimisə arbitrar şəkildə qətlə yetirdiyinə dair məlumatlar olmasa da, insan hüquqlarının vəziyyətini monitorinq edənlər 7 nəfərin polis, ya da hərbi həbsxanada öldüyü haqda məlumat verib. Il ərzində ölkədə siyasi motivlərlə əlaqədar olaraq kiminsə yoxa çıxdığı qeydə alınmayıb. Lakin hökumət Dövlət Komitəsinin Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4049 Azərbaycan vətəndaşının itkin düşdüyünü qeydə aldığını bildirir. Beynəlxalq Qırmızı Xaç komitəsi Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşən şəxslərin işini öyrənməklə məşğul olaraq, ümumi siyahının hazırlanması üçün Azərbaycan hökuməti ilə iş aparıb. Komitənin verdiyi məlumata görə, tərəflər itkin düşən şəxslərin sayının 4558-dən 4571 nəfər çatdğını təsdiqləyib.

Hesabatın işgəncə, qeyri-humanist və təhqir hallarına dair bölməsində deyilir ki, insan hüquqları müdafiəçiləri 169 şəxsin həbsdə olan müddətdə təhlükəsizlik qüvvələri tərəfindən işgəncəyə məruz qaldığını qeydə alıb. Bu şəxslərdən yeddisinin bunun nəticəsi olaraq öldüyü deyilir. 2009-cu ildə Azərbaycanın İnsan Hüquqları Mərkəzinin BMT-nin İşgəncə Komitəsinə təqdim etdiyi hesabatda göstərilir ki, rəsmilər onlarla pis rəftar edildiyini deyən məhbusların müstəqil tibbi ekspertizadan keçməsinə de-fakto qadağa qoyaraq, vəkillə görüşlərini gecikdirmişlər. Hesabatda həbsxanada şəraitinin ağır olduğu, bəzi hallarda isə həyat üçün təhlekə yaratdığı deyilir. Əsas problemlər kimi qida çatışmazlığı, istilik və ventilasiyanın olmaması, məhbusların tibbi müayinə ala bilməməsi göstərilir. İfadə almaq üçün adətən, zirzəmilərdə tək kameralarda saxlanan məhbusların qida alması və yatmasına imkan verilmədiyi bildirilir. Həbsxanalarda ağır şərait nəticəsində bir neçə məhbusun öldüyü qeyd edilir. Ədliyyə nazirliyi keçən il həbsdə olarkən 106 nəfərin öldüyünü bildirir. Bu, rəqəm 2009-cu illə müqayisədə 19 faiz artıqdır. Ədliyyə nazirliyi ölüm hallarına bir neçə xəstəliyin səbəb olduğunu və vərəm nəticəsində ölüm hallarının azaldığını göstərsə də, məhbusların çoxu vərəmdən ölüb.

Qanunla arbitrar həbslər qadağan olsa da, hökumət bu qadağalara əsas etibarilə əməl etmir. Cəsazıslıq problem olaraq qalır.Təhlükəsizlik qüvvələrinin cəzasızlıq mühitində işləməsinə baxmayaraq, hökumət insan hüquqlarının pozulması ilə bağlı 174 şikayət əsasında Daxili İşlər nazirliyinin 276 əməkdaşının cəzalandırıldığını bildirir. Hökumət cinayət işinin qaldırılması haqda məlumat verməyib, lakin Daxili İşlər nazirliyinin polis qüvvələrinin 20 zabitinin işdən çıxarıldığını bildirib.

Həbs prosedurları və həbsdə olan müddətdə rəftarla əlaqədar Dövlət Departamentinin hesabatında deyilir ki, qanunla saxlanmış, həbs eidlmiş, ya da cinayət törətmiş şəxslərə onların hüquqları və həbsin səbəbləri izah edilməli olsa da, hökumət bu müddəalara əməldə riayət etməyib. Çox vaxt polisə müqavimət göstərmək kimi saxta ittihamlarla arbitrar həbslər il boyu problem olaraq qalıb.

İl ərzində polisin dinc siyasi nümayişlər keçirmək cəhdlərinə görə müxalifət nümayəndələrini saxladığı halları qeydə alınıb. Məhkəmədən öncə şəxslərin 18 aya qədər saxlanması ciddi problem olaraq qalır. Hesabatda hakimlərin müstəqil fəaliyyət göstərə bilməməsi, ədliyyə sisteminin korrupsiyalaşmış və qeyri-effektiv olaraq qaldığı göstərilir.

Məhkəmədən öncə şəxslərin 18 aya qədər saxlanması ciddi problem olaraq qalır.

Hesabatda hakimlərin müstəqil fəaliyyət göstərə bilməməsi, ədliyyə sisteminin korrupsiyalaşmış və qeyri-effektiv olaraq qaldığı göstərilir. Beynəlxalq müşahidəçilər bir sıra hallarda hakimlərin müttəhimlərə hüquqları və onlara qarşı irəli sürülmüş ittiham izah etmədiklərini bildirir. Təqsirsizlik prezumpsiyasının pozulmadığı hallarda belə, müttəhimlərin metal qəfəsdə qandallanmış vəziyyətdə məhkəməyə gətirilməsi halları buna dəlalət edir.

Konstitusiya ilə qeyri-qanuni yollarla ifadə almaq qadağan edilsə də, bəzi müttəhimlərin ifadələrin işgəncə, ya da pis rəftar nəticəsində alındığını bildirməsniə baxmayaraq, bu hallar araşdırılmayıb və bu iddiaları təsdiq etmək üçün müstəqilə tibbi ekspertiza keçirilməyib. Hakimlər çox vaxt polisin pis rəftarına dair iddiaları əhəmiyyətsiz qoyur.

Hesabatın siyasi məhbuslar haqda bölməsində deyilir ki, yerli qeyri-hökumət təşkilatları ölkədə siyasi məhbusların olduğunu bildirir, lakin müxtəlif rəqəmlər gətirilir. İl ərzində hökumət altı jurnalist və iki blogger daxil olmaqla, siyasi məhbus hesab edilən 11-lə 14 arası şəxsi azad edib. QHT-lər ilin sonu üçün hökumətin 20 ilə 46 arasında siyasi məhbusu saxladığını bildirib.

Siyasi məhbusların dəqiq sayı müəyyən deyil. Siyasi məhbusların çoxu 10 və 15 il azadlıqdan məhrum edilib. Hökumət əsas etibarilə siyasi məhbusların Beynəlxalq Qırmızı Xaç və BMT nümayəndələri kimi beynəlxalq təşkilatların nümayəndələri ilə görüşünə qeyri-məhdud imkan verir.

Dövlət Departamentinin hesabatında hökumətin çox hallarda mətbuat və söz azadlığına hörmət etmədiyi bildirilir. İl ərzində hökumət altı jurnalist və iki bloggeri azad edib, lakin mətbuat azadlığı problem olaraq qalıb.

Azərbaycan hökumət Amerikanın səsi, Azadlıq radiosu və BBC stansiyalarının yerli FM dalğasında və milli televiziyada yayımını qadağa qoydu. Bu beynəlxalq yayım şirkətləi olmadan, ictimiayyətin qərəzsiz informasiya almaq imkanları məhdudlaşdırıldı. ATƏT-in Demokratiya və İnsan Hüquqları ofisinin müşahidəçilərinin gəldiyi nəticəyə görə, ölkədə televiziya kanallarının proqramlarının böyük hissəsi dövlət rəsmiləri və onların fəaliyyətinə həsr edilib.Hökumət tərəfdarı namizədlər rəsmi seçki kampaniyası dövrü televiziyada çox vaxt alaraq, öz rəqibləri ilə müqayisədə üstünlüyə malik olular.

İl ərzində hökumət altı jurnalisti azad edib. Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid prezidentin əvfindən sonra martın 17-də azadlığa buraxılıb. Beynəlxalq müşahidəçilər onun həbsini siyasi motivlərlə izah edirlər.

İyul ayında jurnalist Eynulla Fətullayev heroin saxlamaq ittihamı ilə iki il altı ay həbs cəzası aldı. Hökm çıxarılan zaman Eynulla Fətullayev terrorizm, etnik zəmində nifrət yaymaq və verigən yayınmaq ittihamları ilə səkkiz il yarım həbs cəzasını çəkirdi. Avropa İnsan Haqları Məhkəməsi Eynulla Fətullayevin dərhal azad edilməsinə və ona kompensasiya ödənilməsinə çağırıb.

Hökuməti tənqid edən bir çox jurnalist pə vəzifələrini yerinə yetirərkən təhqir, hədələr və fiziki təzyiqə məruz qalıb. Sərhədsiz Reportyorlara əsasən, müstəqil və müxalifətçi jurnalistlər öz işinə görə daim təzyiq altındadır. Media monitorinqini aparan QHT-lər 2009-cu ildə 51 halla müqayisədə keçən il ərzində jurnalistlərin təhqir edilib, fiziki təzyiqə məruz qaldığı 106 insidenti qeyd edib.

2005-ci ildə Elmar Hüsevynovun qatillərinin cəzalandırılmaması ilə bağlı narahatlıqlar qalmaqdadır. Media və insan hüquqları fəalları hökuməti işlə bağlı ətraflı təhqiqat aparmağa çağırır.

Hesabatda deyilir ki, jurnalistləri qorxutmaq məqsədi ilə şübhəli məhkəmə prosesləri açılıb. İl ərzində mətbuata qarşı 40 iş açılmışdır. Bu işlər Prezident Administrasiyanın rəhbəri Ramiz Mehdiyev, Gəncə Şəhər Polis İdarəsinin rəisi Rasim Musayev, deputatlar Cəlal Əliyev və Novruzəli Aslanov, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov və başqaları tərəfindən qaldırılıb.

Hökumət bəzi kitabxanaların müxalifət qəzetlərinə abunə olması, dövlətə biznes şirkətlərinin müxalifət qəzetlərində reklam yerləşdirməsinə qadağa qoyaraq, özəl şirkətlərin şirkətlərin bunu etməsi üçün təzyiq göstərir.

Hökumət internetə çıxış imkanlarına məhdudiyyətlər qoymasa da, internet xidmətləri provayderlərinin lisenziya alması və Kommunkasiya və İnformasiya Texnologiyları nazirliyi ilə müqavilə bağlamasını istəyir. Nazirliyin verdiyi məlumata görə, əhalinin 45 faizi internetdən istifadə edir, ölkədə 100 nəfərə 14 kompyuter düşür. Hökumətin xarici biznes şirkətləri və müxalifət liderlərinin internet trafikinə nəzarət etdiyinə inanılsa da, bunu təsdiq etmək üçün dəlil yoxdur. Rəsmilər gənc fəallar və bloggerlər Adnan Hacızadə və Emin Millini zəmanətlə azadlığa buraxıb.

Hesabatda deyilir ki, hökumət müxalifət, QHT-lər, din azadlığı fəallarının mitinqlər keçirməsinə icazə verməmiş və sanksiyalaşdırılmamış piket və nümayişləri dağıtmağa davam edib.

Dövlət Departamentinin hesabatında noyabrın 7-i parlament seçkiləri demokratik seçki haqda beynəlxalq standartlara cavab vermədiyi qeyd edilir. İqtidarda olan Yeni Azərbaycan siyasi sistemdə dominantlıq edir. Müxalifət üzvləri başqa vətəndaşlara nisbətən rəsmilər tərəfindən təhqir və arbitrar həbslərlə daha çox qarşılaşır.

XS
SM
MD
LG